PDF Oxu

Mədəniyyət

  • 11

Fəxriyyə Xələfovanın “Mavi sahil” yaz-yay kolleksiyası nümayiş olunub

Fəxriyyə Xələfovanın “Mavi sahil” yaz-yay kolleksiyası nümayiş olunub
Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova Monako Krallığında keçirilən tədbirdə iştirak edib. "Fashion planet" adlı sərgi şahzadə II  Albertin dəstəyi ilə baş tutub.
4 gün davam edən sərgini minlərlə insan ziyarət edib. Tədbirdə İtaliya, Amerika və Fransadan olan modelyerlər yaz-yay mövsümü üçün əl işlərini təqdim ediblər. Fəxriyyə Xələfovanın moda evi tədbirdə özünün "Mavi sahil" adlı yeni yaz-yay kolleksiyasını nümayiş etdirib. Kolleksiya öz gözəlliyi, müxtəlifliyi ilə fərqlənib. Kolleksiya üçün hətta xüsusi olaraq milli zərgərlik üslubunda, bəzək əşyaları və aksesuarlar da hazırlanıb.

Digər xəbərlər