PDF Oxu

Mədəniyyət

  • 2

“Türk dünyası”adlı ilk ictimai-maarifləndirici konfrans keçiriləcək

“Türk dünyası”adlı ilk ictimai-maarifləndirici konfrans keçiriləcək
Mayın 16-da Nyu-Yorkun Kolumbiya Universitetində "Türk dünyası" adlı ilk ictimai-maarifləndirici konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan-Amerika Şurası, Amerika Azərbaycanlıları Cəmiyyəti, ABŞ-ın Azərbaycanlı Gənclərinin Şəbəkəsi, İstanbul Universiteti Məzunları Assosiasiyası və Türk-Amerikan Assosiasiyaları Federasiyasıdır. Konfrans Azərbaycan Demokratik Respublikasının 91-ci illik yubileyinə həsr olunur.
Konfransda əsas məqsəd ABŞ-ın yüksək ictimai-siyasi dairələrinin diqqətini Qafqaz, Mərkəzi Asiya və bütünlükdə Avrasiyadakı energetik və geopolitik maraqlara cəlb etmək, türkdilli xalqların tolerantlığı və ümumi mədəni məsələlərinin müzakirəsi, eyni zamanda, türkdilli diasporların əməkdaşlığında və fəaliyyətində vahid istiqamətlərin işlənib hazırlanmasıdır. Tədbirin gedişində Avrasiyanın türkdilli xalqlarının tarix və dilçilik üzrə mütəxəssis-alimlərinin, ABŞ-ın, Azərbaycanın, Türkiyənin və s. ölkələrin ictimai-siyasi dairələrinin nümayəndələri, eyni zamanda, Azərbaycan, türk, özbək və s. türk diasporlarının iştirakı gözlənilir.

Digər xəbərlər