Mərkəzi Elmi Kitabxanaya yeni ədəbiyyat dəsti hədiyyə edilib
Bu günlərdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına yeni ədəbiyyat dəsti hədiyyə edib. Mərkəzi Elmi Kitabxanadan "Səs" qəzetinə verilən məlumata əsasən, bu nümunələr sırasına "Rusiya və Azərbaycan: Sərhədyanı keçiddə" Nyu-York, 1995; "Qafqaz və Xəzər dənizində neft və qaz: Tarix" ABŞ, 2000; "Sərhədlər və qardaşlıq. İran azərbaycanlılarının tələbi" Kembric, 2002; "Azərbaycan türkləri: Hakimiyyət və xalqlar rus qanunları ilə" Kaliforniya, 1992; "Yüksəkliyə doğru: Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı ilk səfirinin seçilmiş məqalələri" Nyu-York, 2006; "Odlar yurdunun nəğməsi: Azərbaycan muğamında inkişaf və dəyişikliklər" London, 2003; "Neft və şöhrət: İmperiyanın təqibi və Xəzər dənizinin fortunası" Nyu-York, 2007; "Müsəlman cəmiyyətində milli formalaşma" Kembric, 2004; "Azərbaycanın tarixi lüğəti" Lanham, 1999; "Ermənistan və Azərbaycan sülh və müharibədə" Nyu-York, 2003; "Azərbaycanın tarixçəsi: Müxbirin neftlə zəngin, müharibənin kədərə qərq etdiyi postsovet respublikasındakı başına gələn hadisələr" Nyu-York, 1998; "Azərbaycan qadınları keçid dövründə: Sovet və postsovet Azərbaycanında qadınlar" İngiltərə, 2002; "Ənənəvi səyahət məlumat kitabçası: Azərbaycan: Ölkənin istiqaməti və bələdçisi"- 2 CD və s. daxildir.