Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “2 bin nefes, bir ses Uluslararası Türkçe Tiatro Yapan Ülkeler Festivalı”na dəvət alıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin Konya şəhərində keçirilən "2 bin nefes, bir ses Uluslararası Türkçe Tiatro Yapan Ülkeler Festivalı"na dəvət almışdır. Aprelin 14-dən 24-dək keçiriləcək festivalda teatrın yaradıcı kollektivi türk dramaturqu Tuncer Cücenoğlunun "Uçqun" tamaşasını təqdim edəcəkdir.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Səhnə əsərində əməkdar artistlər Səidə Quliyeva, Telman Əliyev, Kazım Abdullayev, Mətanət Atakişiyeva, Firuz Xudaverdiyev, aktyorlardan İlyas Əhmədov, Vəfa Rzayeva, İradə Həsənova, Məzahir Cəlilov, Elnur Qədirov çıxış edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu səfərdə iştirak edən yaradıcı heyətin rəhbəri, teatrın direktoru əməkdar mədəniyyət işçisi Maqbet Bunyatovdur.