PDF Oxu

Mədəniyyət

  • 8

“Aslanın adı ilə” filmi

“Aslanın adı ilə” filmi
Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun rəhbəri Nuridə Atəşi görkəmli Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında çəkilmiş" Aslanın adı ilə" filmini Azərbaycana gətirib. Beş ildən artıqdır ki, Almaniyada "UM VELT FİLM BERLİN" film studiyası tərəfindən Ralf Marşallekin rejissorluğu ilə çəkilən, Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığına həsr olunmuş bədii sənədli film artıq hazırdır: "Filmin çəkilişləri Almaniyada, Avstriyada, İtaliyada, Azərbaycanda və Gürcüstanda aparılıb. Almaniya dövlətinin maliyyəsi ilə çəkilən filmə İtaliya və Avstriya dövlətləri də dəstək verib".
Məhəmməd Əsəd bəylə bağlı bütün dünyada heç bir fikir ayrılığı qalmayıb: "Bütün dünyada Məhəmməd Əsəd bəyin Qurban Səid olduğuna heç bir şübhə yoxdur. Yalnız Azərbaycanda bu fikir ayrılıqları hələ də qalmaqdadır. Azərbaycanda hələ də bəlli şəxslər tərəfindən Qurban Səidin hüquqlarının bərpasına maneçilik yaradılır və Əsəd bəyin dünya şöhrətli "Əli və Nino" romanı Yusif Vəzir Çəminzəminlinin adına çıxılır. Bütün bunlara son qoymaq lazımdır. Filmdə də bütün bunlar faktlar və arxiv sənədləri ilə açıqlanır".
Filmdə M. Əsəd bəyin tədqiqatçısı olaraq baş rolu ifa edir: "Filmi o ümidlə Azərbaycana gətirmişəm ki, xalq və dövlət bu filmə sahib çıxsın. Filmə sahib çıxmaq həm də Məhəmməd Əsəd bəyə, Azərbaycanın dünya şöhrətli oğluna sahib çıxmaqdır. Bu da Almaniyada və bütün Avropada Azərbaycanın imicinin yüksəlməsinə səbəb olacaq".
Filmin yayımının təşkil olunması ilə bağlı Azərbaycan televiziyalarına da müraciət edib: "Film alman dilindədir. Titrdə isə ingilis dilində sinxron tərcümə verilib. Yaxşı olardı ki, bu film Azərbaycan və rus dillərinə də tərcümə olunsun. Bizim televiziyalarımız bu filmi nümayiş etdirərək Azərbaycanın böyük oğlunu xalqa tanıtsınlar". N. Atəşinin sözlərinə görə, filmi almaq niyyətində olan televiziyalar ona müraciət də bilərlər. Çünki filmin bütün MDB ölkələri üzrə 7 illik yayım hüquqi Almaniyada fəaliyyət göstərən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutuna məxsusdur.

Digər xəbərlər