PDF Oxu

Mədəniyyət

  • 9

Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub

Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub
"Molla Nəsrəddin" məcmuəsinin yaradıcısı Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş "Molla Nəsrəddin" Azərbaycan - 2009" Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub.
Mədəniyyət və Turizm Nazirliyinin, Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasının, Rəssamlar İttifaqının dəstəyi və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilmiş müsabiqədə, 70 ölkədən 500-ə yaxın rəssam iştirak etmişdir. İlk dəfə açıq səsvermə yolu ilə keçirilən beynəlxalq müsabiqənin qızıl, gümüş və bürünc mükafatlarına Rusiya, Xorvatiya, Çin, Türkiyə, Avstraliya, Hollandiya və Ukrayna rəssamları layiq görülmüşlər. Azərbaycanlı karikaturaçılar müsabiqənin xüsusi mükafatını almışlar.
Mükafatlandırma mərasimi və sərgisinin açılışı aprelin 7-də Rəssamlar İttifaqı Vəcihə Səmədova adına Sərgi Salonunda keçiriləcəkdir. Sərgidə müsabiqə qaliblərinin və mükafatçıları əsərləri nümayiş etdiriləcəkdir.

Digər xəbərlər