PDF Oxu

Mədəniyyət

  • 5

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi keçirildi

31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi keçirildi
Mədəniyyət və Turizm Nazirliyinin bədii sərgi salonunda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sərgi açılıb. Sərgidə rəssam Vaqif Hüseynovun ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını əks etdirən qrafika əsərləri nümayiş olunmuşdur. Tədbirdə əsrlər boyu erməni millətçiləri tərəfindən vəhşicəsinə qətlə yetirilən günahsız azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə həyata keçirdikləri soyqırımı siyasətindən, onun dəhşətli nəticələrindən ətraflı söhbət açdı. O, qeyd etdi ki, xalqımıza qarşı soyqırımı siyasəti müxtəlif dövrlərdə müxtəlif forma və üsullarla, kütləvi qırğınlarla, hərbi əməliyyatlarla həyata keçirilmişdir: "Martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsində, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı müxtəlif sənədlərin qəbul olunmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır. Bu faciələrin dəhşətli nəticələrinin gənclər arasında geniş təbliğ edilməsi olduqca vacibdir".
Əbülfəz Qarayev rəssamın xalqımızın başına gətirilmiş faciələrin nəsildən-nəslə ötürülməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmiş və bu rəsmlərin xarici ölkələrdə sərgilənməsinin vacibliyini diqqətə çatdırmışdır.
Rəssamın sərgidə 30-dan çox əsəri nümayiş etdirilir. Bu qrafika əsərlərində ermənilərin törətdikləri eybəcərliklər və insanlıq adına ləkə gətirən hallar təsvir edilmişdir. Kütləvi soyqırım hadisələri təkcə Bakı və Şamaxıda deyil, Azərbaycanın, demək olar ki, bütün bölgələrində həyata keçirilmişdi. Rəssam məhz bu hadisələri rəngli boyanın dili ilə sənətsevərlərə çatdırıb. 
Sərgi aprelin 4-dək davam edəcək.

Digər xəbərlər