Mərhum şair BəxtiyarVahabzadə anılacaq
Bu gün İstanbulda "Türk dilləri arasındakı tərcümə işlərinin bugünkü durumu və rast gəlinən problemlər" mövzusunda elmi simpozium öz işinə başlayacaq. Türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin xatirəsinə ithaf olunan tədbir TÜRKSOY, Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm Nazirliyi, Avrasiya Yazarlar Birliyi, TİKA, Maltepe və Qazi universitetlərinin təşkilati dəstəyilə keçirilir.
Konfransın ilk günündə mərhum şairimiz Bəxtiyar Vahabzadə anılacaq, onunla bağlı xatirələr söyləniləcək və görkəmli şairə həsr olunmuş film nümayiş etdiriləcək. Tədbirə aprelin 5-də yekun vurulacaq.