Şərqlə Qərb arasında musiqi əlaqələri möhkəmlənir
Məşhur violonçel ustası Yo-Yo Ma özünün "İpək Yolu" layihəsinin 10 illiyini Şimali Amerikada bir sıra konsert proqramları ilə qeyd etmək niyyətindədir. Layihənin məqsədi Böyük İpək yolu boyunca məskunlaşmış xalqların musiqi ənənələrinə diqqəti cəlb etmək, Şərqlə Qərb arasında musiqi əlaqələrinin möhkəmləndirilməsinə yardım göstərməkdir.
Konsert qrupu layihənin yubileyi şərəfinə Şimali Amerikanın altı şəhərinə qastrol səfəri edəcəkdir. Kollektivin tərkibinə 20-dən çox ölkənin təqribən 60 məşhur musiqiçisi, bəstəkarı, musiqi tərtibatçısı və rəssamı daxildir.
Son 10 il ərzində "İpək Yolu" layihəsi çərçivəsində eyniadlı orkestr dünyanın 25 ölkəsində konsert proqramı ilə çıxış etmişdir. Bu il orkestr ənənəvi Şərq musiqi alətlərindən istifadə etməklə, iki ayrı proqram hazırlamışdır. Orkestrin yeni layihəsi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının multimedia tərtibatı olacaqdır. Layihədə məşhur muğam ifaçısı, xalq artisti Alim Qasımov və onun qızı, əməkdar artist Fərqanə Mövlamova iştirak edəcəklər.
Layihənin məsləhətçisi Bakı Musiqi Akademiyasının professoru Aidə Hüseynovadır.