PDF Oxu

Mədəniyyət

  • 11

Azərbaycan aşıq musiqisinə həsr olunmuş konsert keçiriləcək

Azərbaycan aşıq musiqisinə həsr olunmuş konsert keçiriləcək
Azərbaycanın milli sənət nümunələrinə qayğı ilbəil artmaqdadır. Milli-mənəvi dəyərlərimiz zəminində inkişaf edən və xalqın kökü ilə bağlı dəyərləri əxz edən Azərbaycan mədəniyyət və incəsənətinə geniş meydan verilmişdir.
Ölkə daxilində, eləcə də, onun hüdudlarından kənarda təbliğ olunaraq geniş ictimaiyyətə təqdim olunur. Belə tədbirlərdən biri Strasburqda keçiriləcək milli aşıq sənətinin təbliğinə həsr olunmuşdur. Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə martın 30-da Strasburqda Azərbaycan aşıq musiqisindən ibarət konsert təşkil ediləcək.
Aşıq sənətinin YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə siyahısına salınması ərəfəsində konsertin Strasburqda təşkil edilməsi Azərbaycan folklor musiqisinin ayrılmaz tərkib hissəsi olan aşıq yaradıcılığının təbliğ edilməsi və tanınması, həmçinin, bu musiqi janrının yaxın qonşularımız tərəfindən mənimsənilməsi, saxtalaşdırılması hallarına qarşı təsirli addım olacaqdır. Qeyd edək ki, Azərbaycan aşıqları bir gün əvvəl Parisdə məşhur Luvr Muzeyində də konsert verəcəklər. Konsert Azərbaycanın Avropa Şurasının 60 illik yubileyinə töhfəsidir. Bu məqsədlə AŞ Kommunikasiya və təhsil, mədəniyyət, irs, gənclər və idman məsələləri baş direktorluqları, Strasburq şəhər bələdiyyəsinin, eləcə də, Fransa Mədəniyyət Nazirliyinin Elzas regionu üzrə mədəniyyət işləri üzrə baş idarəsinin aidiyyəti orqanları ilə əlaqələr saxlanılmış və onlara konsert barədə geniş məlumatlar verilmişdir. Bundan əlavə, Strasburqda aşıq sənətinin təbliği ilə bağlı yerli KİV-də məlumatlar dərc ediləcəkdir. Konsert Strasburq Konservatoriyasının 500 nəfərlik konsert zalında təşkil ediləcəkdir.
Konsertdə AŞ rəhbərliyi, təşkilata üzv ölkələrin daimi nümayəndəlikləri, Strasburq Universitetinin müəllimlərinin və başqa şəxslərin iştirakı nəzərdə tutulur.

Digər xəbərlər