Elçin Əfəndiyevin “Qatil” pyesinin yeni bir uğuru
Azərbaycan yazıçısı və dramaturqu Elçin Əfəndiyevin "Qatil" pyesi İstanbul Böyükşəhər Bələdiyyə Teatrının quruluşunda uğurlu səhnə həyatını yaşayıb. Tamaşanın quruluşçu rejissoru İstanbul Böyükşəhər Bələdiyyə Teatrında çalışan Azərbaycan aktrisası Məlahət Abbasovadır.
Tamaşanın Rusiya paytaxtında premyerası Moskvadakı Nəsibə Zeynalova adına Musiqili Estrada Teatrının birgə təşəbbüsü sayəsində mümkün olmuşdur. Azərbaycanın xalq yazıçısı Elçin Əfəndiyevin əsərinin Moskva səhnəsində oynanılması Rusiya paytaxtındakı Azərbaycan və türk ictimaiyyəti üçün əlamətdar hadisədir. Tamaşa Moskvadakı Azərbaycan və türk ictimaiyyətinin həyatında əhəmiyyətli hadisəyə çevriləcək, xalqları və mədəniyyətlərini daha da yaxınlaşdıracaqdır.
Tamaşada əsas rolların ifaçıları pyesdəki baş qəhrəmanların taleyini, tamaşaçıya çatdıraraq peşəkarlıq nümayiş etdirmiş, qəhrəmanların hiss və həyəcanlarını məharətlə ifadə etmiş türkiyəli aktyorları sürəkli alqışlarla qarşılamışlar. Türk səhnə ustaları Elçin Əfəndiyevin əsərinin qayəsini - dəhşətli yalanla qarşılaşmış məktəb müəlliminin faciəsini, onun arzularının puç olduğu və cinayətin baş verdiyi kulminasiya anını tamaşaçıya məharətlə çatdıra bilmişlər.
Onu da qeyd edək ki, xalq yazıçısı Elçinin "Qatil" əsərinin tamaşası həm Türkiyədə, həm də Azərbaycanda böyük uğur qazanmışdır.