PDF Oxu

Mədəniyyət

  • 7

“Mən Fransız dilində danışıram” adlı müsabiqəyə start verilib

“Mən Fransız dilində danışıram” adlı müsabiqəyə start verilib
Fransanın Azərbaycandakı səfirliyi, Kainat Gənclik Mərkəzi və Total şirkəti məktəblilər üçün "Mən Fransız dilində danışıram" adlı ənənəvi müsabiqə keçirir. Müsabiqə aprel ayının ortalarında başa çatacaq. Bu barədə məlumatı SİA-ya Kainat Gənclik Mərkəzinin (KGM) rəhbəri Rahib Rəsulzadə verib. O, bildirib ki, sözügedən müsahibə 10-13 və 14-16 yaş qrupları arasında dəyişir. Müsabiqədə Bakı məktəbliləri ilə yanaşı, rayonlarda təhsil alan məktəblilər də iştirak edirlər. Müsahibə 3 mərhələdən ibarətdir. R.Rəsulzadənin sözlərinə görə, bu müsahibədə 300-400 məktəbli iştirak edir. "Müsabiqənin münsiflər heyətinin tərkibini isə Fransanın Bakdakı səfirliyinin, Total şirkətinin əməkdaşları və tədris işləri üzrə rəhbər işçilər təşkil edirlər. Münsiflər heyətinin tərkibində Azərbaycan vətəndaşı olan fransız dili mütəxəssisləri də iştirak edirlər. Müsabiqənin qalibi "Qran-pri" və həvəsləndirici mükafatlarla qiymətləndiriləcək. Bundan əlavə, müsabiqədə iştirak edən məktəblilərə qiymətli hədiyyələr və diplomlar veriləcək", - deyə KGM rəhbəri bildirib.

Digər xəbərlər