Kitab qəhrəmanlarının Novruz şənliyini təşkil edilib
Xalqımızın möhtəşəm bayramlarından ən əzizi Novruz bayramıdır. Bu el bayramı ilə əlaqədar, Azərbaycanın hər yerində olduğu kimi, Neftçala rayonunda da silsilə tədbirlər keçirilməkdədir. Novruz bayramı münasibətilə Neftçala rayon Mərkəzi Kitabxanası kitab qəhrəmanlarının Novruz şənliyini təşkil edib. Tədbir açıq havada keçirildi.
Bayram şənliyini Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Elmira Kazımova açaraq Neftçala kitabsevərlərini bu bayram münasibəti ilə ürəkdən təbrik etdi.
Tədbirdə bir çox qonaqlar iştirak edirdi. Rayon icra hakimiyyətinin nümayəndələri Vəfa Novruzova və Ruhiyyə Nəzərli, "Gündoğar" yerli qəzetin müxbiri M.Mikayılova tədbirdə iştirak etdilər.
Şənlik boyunca kitabxananın fəal oxucuları olan məktəblilər, o cümlədən, 1 saylı məktəbin şagirdləri öz bayram töhfələri ilə iştirakçılar qarşısında çıxış etdilər. Şənliyə Keçəllə yanaşı baharın rəmzi Bahar qızının gəlişi zamanı bayram tonqalları yandırıldı. Şənlik zamanı rəngarəng şeir, musiqi nömrələri, milli adət-ənənələr, inamlar, çərşənbələr haqqında çıxışlar iştirakçıların böyük marağına səbəb oldu.
Sonra kitabsevərlər arasında ədəbi viktorina keçirildi.