PDF Oxu

Mədəniyyət

  • 6

Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında görkəmli yazıçı, dramaturq və jurnalist Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Akademiyanın prorektoru İlham Abbasov tanınmış ədib, Azərbaycan peşəkar jurnalistikasının görkəmli nümayəndələrindən olan Cəlil Məmmədquluzadənin ədəbiyyatımızın inkişafında müstəsna rolunu diqqətə çatdırdı.
Yığıncaqda bildirildi ki, qüdrətli qələm ustasının zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin 100 il əvvəl yaratdığı "Ölülər", milli vəhdət ideyasının carçısına çevrilmiş "Anamın kitabı", eləcə də digər dram, nəsr və publisistik əsərləri Azərbaycanın çoxəsrlik söz sənətinin qiymətli incisini təşkil edir. Cəlil Məmmədquluzadə, həmçinin, hekayə və novellanın, felyeton, oçerk və satirik dialoqun, jurnalın baş məqaləsinin və digər janrların mahir ustası idi.
Tədbirdə çıxış edənlər böyük ədibin yaradıcılığının yaddaqalan xüsusiyyətlərini ətraflı səciyyələndirib, onun bədii əsərlərinin bu gün də öz aktuallığını itirmədiyini vurğuladılar.

Digər xəbərlər