“Ənənəvi İslam Memarlığı” mövzusunda Beynəlxalq Festivalı sabah başa çatacaq
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Romualdo del Bianko Fondu (Florensiya, İtaliya) və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Tədqiqat Mərkəzi (İRCİCA) birgə tələbələr və gənc memarlar üçün nəzərdə tutulan "Ənənəvi İslam Memarlığı" mövzusunda "Dərəcə və İxtisas" adlı Beynəlxalq Festival təşkil edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, festival 19 mart tarixində başa çatacaq. Festivalda İtaliyadan, Qazaxıstandan, Dağıstandan, Türkiyədən və Kiprdən mütəxəssis və tələbələr iştirak edirlər.