PDF Oxu

Mədəniyyət

  • 11

“Muğam aləmi” beynəlxalq elmi simpozium keçiriləcək

“Muğam aləmi” beynəlxalq elmi simpozium keçiriləcək
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində martın 18-dən 20-dək "Muğam aləmi" beynəlxalq elmi simpozium keçiriləcəkdir. Simpoziumun təşkili üzrə komissiyanın həmsədri AMEA-nın vitse-prezidenti, muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.
Muzeydən aldığımız məlumata əsasən, tədbir çərçivəsində beynəlxalq simpoziumun geniş iclasları və bölmələr üzrə yığıncaqları təşkil ediləcəkdir. Dünyanın müxtəlif ölkələrindən 20-dən çox alimin dəvət olunduğu simpoziumun keçirilməsində məqsəd müasir dövrdə muğam sənətinə diqqət və qayğının artırılması, muğam fəlsəfəsi, peşəkar musiqi ifaçılığının, muğamın təbliği, tədrisi, müasir dinləyici mədəniyyətinin formalaşdırılması problemləri, klassik musiqi irsinin qorunması məsələlərinə diqqət yetirməkdir.
Simpoziumda "Muğamın dünyada yayılması", "Muğam və Azərbaycan bəstəkarlıq məktəbi", "Simfonik muğamlar", "Muğam operaları", "Muğam və aşıq sənəti" və s. mövzularda məruzələr dinləniləcəkdir. Simpoziumun materialları müxtəlif dillərə tərcümə edilərək çap olunacaqdır.

Digər xəbərlər