PDF Oxu

Mədəniyyət

  • 13

“Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu başa çatdı

“Qızıl Kəlmə” Ədəbi Mükafatına əsərlərin qəbulu başa çatdı
2008-ci ilin iyulunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan edilən "Qızıl Kəlmə" Ədəbi Mükafatına 4 nominasiya üzrə əsərlərin qəbulu başa çatmışdır. Mükafatlandırma mərhələsinə qəbul olunan əsərlər nominasiyalar üzrə aşağıdakılardır. Nəsr üzrə Elçin Hüseynbəylinin: "On üçüncü həvari - Don Juan" romanı, Əlisahib Əroğulun "Boz adam" romanı, Eldar Qəmərlinin "Ağacdələn" hekayələr kitabı,Gülşən Tofiqqızının "Oxatan" hekayələr kitabı (rus dili), Yunus Oğuzun "Nadir şah" romanı, Aqil Abbasın "Dolu" romanı, poeziya üzrə Elxan Zalın "Türk əsrinin türküləri" şeirlər kitabı, Ramiz Məmmədzadənin "Zirvə" poeması, Zakir Fəxrinin "Qalmaz belə, qalmaz dünya" şeirlər kitabı, Səlim Babullaoğlunun "İlyas Göçmənin şəkil dəftəri" şeirlər kitabı, ədəbi tənqid və publisistika əsərləri üzrə Hüseynbala Mirələmovun "Heydər Əliyev" kitabı, Həsən Quliyevin "Azərbaycanın mühacir ədəbiyyatı" kitabı (rus dili), Gülxani Pənahın "Fikrət Qocanın yaradıcılıq yolu" kitabı, Mustafa Çəmənlinin "Leyli və Məcnun" 100 il səhnədə" kitabı və s. daxildir.

Digər xəbərlər