PDF Oxu

Mədəniyyət

  • 8

“Azərbaycan evi” Novruz bayramını qeyd edəcək

“Azərbaycan evi” Novruz bayramını qeyd edəcək
Almaniyadakı Azərbaycan diasporu əziz bayramımız olan Novruzu geniş qeyd etməyə hazırlaşır.
Martın 20-də "Azərbaycan evi" Cəmiyyəti incəsənət ustalarının iştirakı ilə bayram gecəsi təşkil edəcəkdir. Gecənin qonaqlarına milli mətbəximizin ən məşhur yeməkləri təqdim ediləcək, tanınmış müğənni Tünzalə Ağayevanın konserti olacaqdır. Bu, bütün Almaniyada keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında elan edilmiş ilk tədbirdir. Əlaqələndirmə Mərkəzi Hamburq, Drezden, Essen və Bonn şəhərlərində keçiriləcək görüşlər barədə əlavə məlumat verəcəkdir.
Avropa Birliyinin əsas ölkələrindən biri olan Almaniyada Novruzun bayram edilməsi bu ölkədə qədim mədəniyyətimizi, gözəl ənənələrimizi, xalqımızın sülhsevər və qonaqpərvər xarakterini geniş təbliğ etməyə imkan verir. Azərbaycan mətbəxinin, musiqisinin, yazıçıların, tətbiqi, təsviri sənət ustalarının əsərlərinin təqdimatı sadə almanların ölkəmiz və onun xalqı ilə yaxından tanış olmalarına kömək edir. Bu, Azərbaycan diasporu ilə dost alman xalqı arasında səmimi münasibətlərin yaradılması üçün son dərəcə əhəmiyyətlidir.

Digər xəbərlər