PDF Oxu

Mədəniyyət

  • 11

Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanacaq

Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanacaq
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kuba Respublikasının mədəniyyət və turizm nazirinin dəvətinə əsasən Kuba Respublikasına səfər etmişdir.
Nazirliyin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, səfər müddətində iki ölkə arasında mədəniyyət, turizm sahəsində əməkdaşlığın inkişafı və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə ediləcəkdir. Mart ayının 3-dək planlaşdırılan səfər müddətində turizm sahəsində əməkdaşlığa dair saziş imzalanması nəzərdə tutulur. Sazişin imzalanması barədə razılıq 2007-ci il noyabrın 30-da Havana şəhərində keçirilən Azərbaycanla Kuba arasında Hökumətlərarası Komissiyanın iclasında əldə olunmuşdur. Nazirin səfər proqramına Hökumətlərarası Komissiyanın Kuba tərəfindən həmsədri ilə görüş və Komissiyanın II iclasının konkret tarixinin müəyyənləşdirilməsi də daxildir.
Xatırladaq ki, Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2009-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası və Kuba Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri təyin olunmuşdur.

Digər xəbərlər