PDF Oxu

Mədəniyyət

  • 6

“Qisas qiyamətə qalmaz”

“Qisas qiyamətə qalmaz”
Gəncə, Şəki, Şirvan şəhər, Neftçala, Xaçmaz rayonlarının kitabxanalarında Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib. Nakam adına Şəki şəhər Mərkəzi Kitabxanasında "Qisas qiyamətə qalmaz" tədbirində kitabxananın fəal oxucuları, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, "Şəki" qəzetinin və yerli televiziyanın əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə Nakam adına Mərkəzi Kitabxananın şöbə müdiri Y.Sadıqlı açmış və Xocalı faciəsinin Azərbaycan xalqının tarixinə qanlı soyqırım kimi yazıldığını qeyd edib. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Y.Sadıqlı Xocalı soyqırımı zamanı 613 nəfərin ödürüldüyünü, 1000 nəfər müxtəlif yaşlı dinc sakinin aldığı güllə yarasından əlil olduğunu, 106 nəfər qadının, 63 azyaşlı uşağın, 70 qocanın qətlə yetirildiyini söyləyib. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Y.Sadıqlı onu da söylədi ki, soyqırım aktı erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda, həmçinin, mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Tədbirdə Şəhər MKS-nin direktoru V.Seyidov çıxış edərək respublikanın bütün kitabxanalarında Xocalı soyqırımının anıldığını və bu qanlı faciəni gələcək nəsillərə çatdırılmasının vacib olduğunu bildirib. Tədbirdə rayon mədəniyyət evinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub və iştirakçılara Xocalı faciəsi ilə bağlı fotostendlər nümayiş etdirilib.

Digər xəbərlər