PDF Oxu

Mədəniyyət

  • 9

“40-cı qapı” bədii filminin təqdimatı keçiriləcək

“40-cı qapı” bədii filminin təqdimatı keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi fevralın 25-də saat 19.00-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında rejissor Elçin Musaoğlunun dövlət sifarişi ilə çəkdiyi "40-cı qapı" bədii filminin ilk nümayişini keçirir.
Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, film "Ritm" Prodüser Mərkəzində 2008-ci ildə çəkilib. "40-cı qapı"nın ssenari müəllifi Elçin Musaoğlu, quruluşçu operator Abdulrəhim Beşarat, rəssam Elxan Nəbiyev, bəstəkar Natavan Faiq, səs rejissoru Məsud Behnamdır.
Rollarda Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov və başqaları çəkilib.

Digər xəbərlər