PDF Oxu

Mədəniyyət

  • 8

Gürcüstan kitabxanalarına kitab kolleksiyaları, elektron nəşrləri və filmlər göndərilib

Gürcüstan kitabxanalarına kitab kolleksiyaları, elektron nəşrləri və filmlər göndərilib
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gürcüstan Milli Parlament Kitabxanasına, Tbilisi Dövlət Universitetinə, Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan məktəblərinə, cəzaçəkmə müəssisələrinə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, müasir xarici siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında kitab kolleksiyaları, elektron nəşrləri və filmlər göndərilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, kolleksiyaya "Heydər Əliyev və mədəniyyət", Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və Zaman", "Qeydar Aliev. Liçnost i Epoxa", "Prezident İlham Əliyev və mədəniyyət (2003-2008)", "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi", Əli Eyvazovun "Humanizm və xeyirxahlıq missiyası", Əziz Ələkbərlinin "Qərbi Azərbaycan abidələri", "Erməni terroru", "Muğam", "Qarabağ - irsimizin əbədi yaddaşı. Qarabakh - the eternal memory of Azerbaijan heritage", Ö.Siqov. "Azerbaydjan. Mejdu zapadom i vostokom", "Armenskiy terrorizm", "Bizi əsirlikdən qurtarın" kitabları, habelə, "This is our Azerbaiyjan", "Qobustan", Kara Karayev. "Symphony. Leyla and Mecnun", "Qarabağ. Real tarix, faktlar, sənədlər", "Azerbaiyjan motifs", "The traqedy of Khodjaly", "Armenian Terrorism", Erich Feigl. "Kəskin dönüş! Erməni mifomaniyası", "Dua" adlı elektron nəşrlər və filmlər daxil edilmişdir. Bundan başqa, sözügedən kitabxanalara Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamı əsasında nəfis şəkildə nəşr olunmuş Azərbaycan və dünya klassiklərinin əsərləri də göndərilmişdir. Göndərilən kolleksiyalar əsasında Gürcüstan Milli Parlament Kitabxanasında Azərbaycan fondu və Azərbaycan guşəsi yaradılacaqdır.

Digər xəbərlər