PDF Oxu

Mədəniyyət

  • 8

Türk dilini ən yaxşı öyrənənləri mükafatlandırılacıq

Türk dilini ən yaxşı öyrənənləri mükafatlandırılacıq
Bu il VII Beynəlxalq Türk Dili Olimpiadası 27 may-10 iyun tarixləri arasında keçiriləcək. Türkiyənin "Zaman" qəzetinin məlumatına görə, artıq olimpiada üçün ölkələr üzrə seçim turları start götürür. Bu il 115 ölkənin iştirak edəcəyi olimpiadanın ilk ölkə seçim turu Ukraynada keçiriləcək.
Daha sonrakı ölkə seçim turları isə 22 fevralda Monqolustanda, 22 fevralda Pakistan, 23 fevralda Azərbaycanda, 28 fevralda İraqda, 28 fevralda Texasda, 13 martda İndoneziya və nəhayət, 21 martda Almaniyada keçiriləcək. Olimpiadaya ABŞ-dan Vyetnama, Braziliyadan Tanzaniyaya qədər 600 şagird qatılacaq.
Olimpiada Beynəlxalq Türkcə Təhsili Dərnəyi (TÜRKÇEDER) tərəfindən təşkil olunur. Dərnəyin sədr müavini Tuncay Öztürk bildirib ki, belə bir tədbiri keçirməkdə məqsədləri Türk dilini dünyada layiq olduğu mövqeyə gətirmək, bu dilin daha geniş əhatədə istifadə edilməsini təmin etmək və türk dilini ən yaxşı öyrənənləri mükafatlandırmaqdır.
Danışıq, yazmaq, qrammatika, mahnı, şeir, aparıcı, ümumi mədəniyyət, xüsusi bacarıqlar, məqalə, ölkə təqdimatı, ana dili türkcə olanlar üçün inşa, şeir və ümumi mədəniyyət olmaqla 13 istiqamətdə keçiriləcək yarışmaların yarımfinal və final mərhələsi münsiflər heyəti tərəfindən qiymətləndirilir. Yüksək nəticə göstərən şagirdlərə medal və pul mükafatı veriləcək. Mahnı və şeir yarışmasında 12-16, digər yarışmalarda isə 13-19 yaşlı şagirdlər iştirak edə bilər. Universitet tələbələrinin qatılacağı məqalə yarışmasında isə yaş məhdudiyyəti yoxdur.
2003-cü ildə keçirilən ilk Türk Dili Olimpiadasına 17 ölkə qatılıb. Ötən il keçirilən olimpiadada isə 110 ölkədən 550 şagird iştirak edib.

Digər xəbərlər