PDF Oxu

Mədəniyyət

  • 8

“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə müraciətlər davam edir

“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə müraciətlər davam edir
Ötən ildən keçirilməsinə başlanan "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsi yeni istedadların, uğurlu bədii mətnlərin üzə çıxarılması, təbliği və qiymətləndirilməsi məqsədilə yaradılıb. Müsabiqənin təsisçiləri Lit.az və Kultaz.jom saytlarıdır. Müsabiqə hər il fevralın 2-də - Gənclər Günündə başlanır və may ayının 28-də-Respublika Günündə qaliblərin rəsmən elan olunması ilə yekunlaşır. "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinə qatıldığı nominasiya üzrə kitabı dərc olunmayan gənc müəlliflər, yeni imzalar qatıla bilər. Müsabiqə həm şeir, həm də hekayə nominasiyaları üzrə keçirilir. Bir müəllif yalnız bir nominasiyada çıxış edə bilər. Yazıçılır Birliyindən aldığımız məlumata görə, hər bir müəllif müsabiqədə maksimum 3 şeir və ya 3 hekayə ilə iştirak edə bilər. Müsabiqə iki turdan ibarətdir. Birinci tur, hər il olduğu kimi, martın 15-də birinci seçim turu yekunlaşır. Mətnlərin göndərilmə tarixi isə bundan bir gün qabaq- martın 14-də başa çatır. İkinci tura 5 nəfər peşəkardan ibarət münsiflər heyətinin seçdiyi ən dəyərli mətnlər keçir. Onların arasından isə birinci, ikinci və üçüncü yerlərə layiq görülənlər seçilir. Qaliblərin adları hər il may ayının 28-də elan edilir. Müsabiqədə maksimum obyektivliyi təmin etmək üçün hər il dəyişən münsiflərin adları sonadək gizli saxlanılır və yalnız mükafatlandırma mərasimi zamanı açıqlanır. Həmçinin, dəyərləndirmə zamanı münsiflər hansı mətnin kimə aid olduğunu bilmir. Hazırda start götürən II "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinə müraciətlər davam edir. Artıq indidən demək olar ki, bu dəfə də yarışmada xeyli yeni imzalar, yeni nəfəslər kəşf olunacaq. Xatırladaq ki, yarışmaya qatılmaq üçün son müraciət tarixi martın 14-dür. Müsabiqənin 5 nəfərlik münsiflər heyəti də artıq seçilib. Qaydalara görə, münsiflərin kimliyi gizli saxlanılır. Amma onların müasir Azərbaycan ədəbiyyatının qəbul edilən, təsdiq olunan imzaları olan şəxslərdir. Əsas məsələ prosesin özü, yeni istedadların, imzaların üzə çıxarılması və topluma təqdim edilməsidir. Yarışmada daha da böyük uğuru yeni iştirakçılarla birlikdə gerçəkləşdirəcək. İmzaların anonimliyini qorumaq və daha obyektiv nəticələrə nail olmaq mümkündür. Məqsəd müsabiqədə maksimum obyektivliyə nail olmaqdır.

Digər xəbərlər