PDF Oxu

Mədəniyyət

  • 15

Azərbaycan mətbəxi dünyanın ən qədim mətbəxlərindən biridir

Azərbaycan mətbəxi dünyanın ən qədim mətbəxlərindən biridir
Azərbaycan mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də xalqın maddi mədəniyyətin başlıca hissəsidir. Azərbaycan mətbəxi - mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan mətbəxini əks etdirən "Salnamə" studiyasında sənədli film çəkilir. "Azərbaycanın milli kulinariyası" adlanan film müxtəlif bölgələrin mətbəxini özündə əks etdirəcək. Filmi ərsəyə gətirmək üçün çəkiliş qrupu, demək olar ki, bütün regionları gəzib. Ermənilər Azərbaycan milli mətbəxinin dolma, plov kimi nümunələrini özününküləşdirib, hər yerdə erməni milli xörəyi kimi təqdim edir. "Salnamə" studiyasının çəkdiyi filmdə isə ermənilərin mənimsədiyi xörəklərin, əslində, Azərbaycanın milli mətbəxinin məhsulu olduğu göstərilir və tarixi faktlarla sübut olunur. Azərbaycanlıların milli mətbəxinə güclü təsir göstərən xalqın dini və inanclarıdır. Zərdüştilik, atəşpərəstlik, Avesta fəlsəfəsi psixologiyada, adətlərdə, Azərbaycan xalqının təfəkküründə əksini tapmaqla yanaşı, mətbəxdə də öz əksini tapmışdır. İşığa, oda inamın təsiri altında formalaşmış süfrə adətləri və xörəklər bu gün də canlıdır. Azərbaycanda xristian dini uzun müddət mövcud olmuş və mövcud olmaqdadır - bu faktorun da mətbəximizdə izləri qalır. Filmin rejissoru Nicat Feyzullayevin sözlərinə görə, Azərbaycan mətxəbini erməni hücumlarından qorumaq üçün belə filmlərə böyük ehtiyac var.
"Azərbaycan milli kulinariyası" filminin artıq montajına başlanılıb. 30 dəqiqəlik sənədli ekran əsərinin ssenari müəllifləri Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və Nicat Feyzullayevdir.

Digər xəbərlər