PDF Oxu

Mədəniyyət

  • 8

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu tədqiqatçıların ixtiyarına verilib

Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu tədqiqatçıların ixtiyarına verilib
Respublika Prezidenti İlham Əliyevin Sərəncamı əsasında yaradılmış Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu tədqiqatçıların ixtiyarına verilmişdir. Burada 70-dək mağara, bir qala, iki məbəd, eləcə də bir inanc yeri vardır. Qeyd edim ki, Ağstafa şəhərindən 75 kilometr aralıda yerləşən qoruqdakı abidələr uzun müddət tədqiqata cəlb edilməmişdir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə Gürcüstanla sərhəddə yerləşən bu abidələr kompleksində qoruq yaradıldıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası burada araşdırmalara başlamışdır. Məlum olmuşdur ki, orta əsrlərə aid qədim Alban yaşayış məskəni Keşikçidağ müdafiə məqsədi ilə tikilmişdir. Son araşdırmalarda mağaraların birindən daha üç qəbir aşkarlanmışdır. XIX əsrdə buradan hərbi poliqon kimi istifadə edildiyi üçün qapalı yer olmuşdur. Ərazidə təmir və bərpa işləri aparılacaq. Mağaraların birində qoruqda tapılmış əşyalardan ibarət muzey yaradılması nəzərdə tutulmuşdur.

Digər xəbərlər