PDF Oxu

Mədəniyyət

  • 9

Tahir Salahovun yubileyinə həsr edilmiş sərgi təşkil edilib

Tahir Salahovun yubileyinə həsr edilmiş sərgi təşkil edilib
Moskvanın "Yekaterina" Mədəniyyət Fondunda görkəmli Azərbaycan rəssamı Tahir Salahovun yubileyinə həsr edilmiş geniş sərgi açılmışdır. Martın 5-dək davam edəcək sərgidə rəssamın ən çox sevdiyi qara, qırmızı, ağ və boz rəngli boyalarla işlənmiş 100 əsəri təqdim olunmuşdur.
Ustadın 80 illik yubileyi çərçivəsində təşkil olunmuş sərgidə onun ən məşhur əsərləri - bəstəkar Qara Qarayevin və Dmitri Şostokoviçin portretləri, Rusiya tamaşaçılarına kataloqlardan və monoqrafiyalardan yaxşı tanış olan "Səhər eşelonu", "Rezervuar", "Praqa tunelləri", "Şair Sabirin portreti", "Qız qalası", "Yeni dəniz" və sair işləri nümayiş etdirilir.

Digər xəbərlər