“Bakı - mədəniyyətlərin qovuşduğu məkan” kitab sərgisi
Bu tədbirlər çərçivəsində fevral ayının 19-da saat M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ingilis dilində nəşr olunmuş Çingiz Qacarın "Qədim Bakı" kitabının təqdimat mərasimi keçiriləcəkdir.
Kitabxanadan verilən məlumata əsasən, dünya mədəniyyətinə, islam mədəniyyətinə, Bakı şəhərinin tarixinə, Azərbaycan mədəniyyətinə və incəsənətinə həsr olunmuş "Bakı - mədəniyyətlərin qovuşduğu məkan" adlı kitab sərgisinin də təqdimatı olacaqdır.