Tacikistan Milli Kitabxanasında “Azərbaycan guşəsi” yaradılır
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin göndərdiyi kitablar arasında həm siyasi, həm də bədii ədəbiyyat nümunələri vardır. Azərbaycanın dövlət himni, böyük Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri, Qədim Azərbaycan abidələri, Qobustan haqqında olan CD və DVD disklər də kitabxanaya bağışlanmışdır.
Kitabxananın direktoru Şərif Toşev bildirmişdir ki, bu, bizim üçün çox qiymətli hədiyyədir və biz bu yaxınlarda "Azərbaycan guşəsi"nin tərtib edilməsinə başlayacağıq.