“Qadın, gözəllik və incəsənət” fotomüsabiqəsi keçirilir
Müsabiqənin keçirilməsində əsas məqsəd 8 Mart Beynəlxalq Qadınlar Gününün yaradıcı gənclər arasında qeyd olunması, gənclər arasında "qadın", "gözəllik" və "incəsənət" kimi anlayışların qarşılıqlı əlaqəli şəkildə təbliğinin genişləndirilməsi, onların qadına münasibətdə hörmət ruhunda tərbiyəsinin yüksəldilməsi, həmçinin, gənclər arasında foto sənətinə marağın artırılması, incəsənətin bu sahəsində yeni istedadların aşkar edilməsi, gənc fotoqrafların yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, onların yeni yaradıcılıq axtarışlarının stimullaşdırılmasından ibarətdir.
Müsabiqə qalibləri Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş mükafatlar, qiymətli hədiyyə və Fəxri Fərmanlar ilə təltif ediləcəklər. Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması mart ayının 9-da keçiriləcək yekun sərgidə elan ediləcəkdir.