8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş fotomüsabiqə keçiriləcək
Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, müsabiqənin keçirilməsində məqsəd gənclərin qadına münasibətdə hörmət ruhunda tərbiyəsini daha da yüksəltmək, onların arasında foto sənətinə marağı artırmaq, incəsənətin bu sahəsində yeni istedadları aşkara çıxarmaqdır. Müsabiqənin qalibləri Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş mükafat və qiymətli hədiyyələrlə təltif ediləcəklər.
Müsabiqənin nəticələri və qaliblərin mükafatlandırılması martın 9-da keçiriləcək yekun sərgidə elan ediləcəkdir.