“Avroviziya-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən ifaçılar duet oxuyacaqlar
Cütlük müqsabiqədə Araşın yazdığı "Always" yəni "Həmişə" mahnısını ifa edəcək. "Mən bu prosesdə belə iştirak etməyə başlamışam ki, müsabiqədə iştirak edəcək müğənninin seçildiyini bilirdim. Həmçinin, müxtəlif mahnılar üçün müsabiqənin elan edildiyindən də agah idim. Mən isə yaxşı bir mahnı yazmışdım. Onu Azərbaycana yolladım. Onların xoşuna gəldi. Sonra isə fikirləşdim ki, mən də müğənniyəm və mən də iştirak etmək istərdim. Odur ki, indi mən də Avroviziya müsabiqəsində iştirak edəcəm".
Araşın bildirdiyinə görə, "Always" mahnısında Yaxın Şərq, İran və Azərbaycan elementləri olacaq. Amma mahnının özü Avropa üslubundadır.
1980-ci ildə Əfqanıstanda doğulmuş Araş hazırda Avropada yaşayır. Onun mənşəcə Təbrizdən olan atası Zahir Dub Əfqanıstanda tanınmış müğənnidir. Araşın ifa etdiyi mahnılar Avropa üslubunda olsa da, özündə Yaxın Şərq elementlərini əks etdirir.