PDF Oxu

Mədəniyyət

  • 4

Şəbəkədə təmir işləri həyata keçirilib

Şəbəkədə təmir işləri həyata keçirilib
Belə ki, tələbatçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə ümumilikdə 15 kilometrdən artıq I və II Abşeron, Qəbələ, Ağsu və digər elektrik verilişi xətlərində əsaslı təmir işləri aparılıb. Eyni zamanda, 35 kV-lik Basqal hava xəttində 8 ədəd dayaq yeni dəmir dayaqla əvəz edilib. Qeyd edək ki, son üç ay ərzində 220 kV-luk "Ağsu" yarımstansiyasında 2 saylı avtotransformator və 110 kV-luk İsmayıllı hava xəttinin ayrıcısı əsaslı təmir edilib. 110 kV-luk "Şamaxı" yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri aparılıb. Həmçinin, analoji təmir-bərpa işləri iş qrafikinə uyğun olaraq gələcəkdə də davam etdirilərək 35 kV-luk "Pirqulu" yarımstansiyasının və Şamaxı-Pirqulu hava xəttinin yenidən qurulması, "Mollakənd" yarımstansiyasının qapalı paylayıcı quruluşunda, "Qubaxəlilli", "Girdimançay" və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işlərinin aparılması planlaşdırılıb

Digər xəbərlər