PDF Oxu

Mədəniyyət

  • 11

Opera və Balet Teatrının səhnəsində klassik opera

Opera və Balet Teatrının səhnəsində klassik opera
Tamaşada baş rolu - Toskanı opera sənətinin parlaq ulduzu Azərbaycanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Qərinə Kərimova oynayacaqdır. Qərinə xanım 2003-cü ildə Rusiya Akademik Böyük Teatrının səhnəsində Toska partiyasını böyük uğurla ifa etmişdir. Operasevərlər bu tamaşada Kavaradossi rolunda ilk dəfə xalq artisti Azər Zeynalovu görəcəklər. Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, son illər səhnəmizdə vokal və səhnə texnikası cəhətdən partiyanın çox mürəkkəb bu ifası üçün həmişə başqa ölkələrdən tanınmış qastrolçular dəvət olunmuşdur. Teatrın rəhbərliyi yeni solistlərin tamaşada yer alması, onları aktyor ifaçılığı cəhətdən professional səviyyədə hazırlamaq və xor kollektivi ilə işləmək məqsədilə Sankt-Peterburqun Mariya Dövlət Opera və Balet Teatrının tanınmış, təcrübəli rejissoru, Rusiyanın xalq artisti Aleksandr Petrovu Bakıya dəvət etmişdir. Tamaşanı Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin dirijoru Arkadi Şteynluxt idarə edəcəkdir.

Digər xəbərlər