“3-cü beynəlxalq gəlinlik, ziyafət geyimləri” sərgisi keçiriləcək
Sərgidə 160-dan çox Türkiyə firmasından başqa, İtaliya, İspaniya, Yunanıstan, Fransa, Almaniya və s. ölkələrin qabaqcıl firmaları da iştirak edəcək.
Sərgidə gəlinlik paltarı, kişi və qadın geyimləri, ziyafət geyimləri, toy geyimi üçün parçalar və materiallar, ziyafət geyimləri üçün materiallar, aksessuarlar, uşaqlar üçün bayram geyimləri paltarları və s. nümayiş olunacaq.
Sərgi iştirakçıları üçün 3 günlük otel, transfer (hava limanı-otel-sərgi) və tərcümə xərcləri dəvət edən tərəfindən, beynəlxalq nəqliyyat və digər xərclər isə iştirakçı tərəfindən ödəniləcək.
Qeyd edək ki, azərbaycanlı iş adamları da sərgidə iştirak etmək üçün dəvət olunublar. Sərgidə iştirak etmək arzusu olan hər bir yerli sahibkar ASK-ya müraciət edə bilər.