PDF Oxu

Mədəniyyət

  • 11

“Tələbə liderlər” mövzusunda seminarlar keçiriləcək

“Tələbə liderlər” mövzusunda seminarlar keçiriləcək
Fevralın 19-dan 27-dək, həmçinin, martın 1-dən 5-dək Gənclər və İdman Nazirliyi tərəfindən "Tələbə liderlər" mövzusunda Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Neft Akademiyasının, Dövlət İqtisad Universitetinin, Dövlət Pedaqoji Universitetinin, Tibb Universitetinin, Bakı Slavyan Universitetinin, Dövlət Dillər Universitetinin ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının rəhbər və üzvləri, eyni zamanda, ictimai fəal tələbələr üçün Qış Təcrübə Məktəbinin keçirilməsi planlaşdırılır. Gənclər və İdman Nazirliyindən verilən məlumatda deyilir ki, Qış Məktəbində, əsasən, dövlət gənclər siyasətinin əsas istiqamətləri, Gənclər və İdman Nazirliyi ilə tələbə-gənclər təşkilatlarının əməkdaşlıq əlaqələri, liderlik və komandanın formalaşdırılması, tələbər təşkilatlarının daxili idarəetmə strukturu, effektiv idarəetmə, planlaşırma və məqsədlərin dəqiq müəyyənləşdirilməsi üzrə məşğələlər keçiriləcək.
 Qış məktəbinin keçirilməsində əsas məqsəd yuxarıda qeyd olunan ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının rəhbər və üzvləri, eyni zamanda, ictimai fəal tələbələri arasında liderlik xüsusiyyətinin aşılanması, idarəetmə vərdişlərinin mənimsənilməsi, layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı biliklərin verilməsidir.

Digər xəbərlər