PDF Oxu

Mədəniyyət

  • 8

Qara Qarayev: Biblioqrafiya Milli Kitabxanada böyük Azərbaycan bəstəkarının 91 illiyi münasibətilə hazırlanan kitabın təqdimatı keçirilib

Qara Qarayev: Biblioqrafiya Milli Kitabxanada böyük Azərbaycan bəstəkarının 91 illiyi münasibətilə hazırlanan kitabın təqdimatı keçirilib
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında böyük Azərbaycan bəstəkarının 91 illiyi münasibətilə "Qara Qarayev: Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir M.F.Axundov adına kitabxana ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi idi.

Qeyd edək ki, kitab milli kitabxananın əməkdaşları tərəfindən tərtib edilib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açaraq, bəstəkarın həyat və yaradıcılığından geniş bəhs edib.

Sonra Mədəniyyət və Turizm Nazirliyinin müavini Sevda Məmmədəliyeva görkəmli bəstəkar Qara Qarayevin keçən il YUNESKO tərəfindən Parisdə keçirilən yubileyindən və onun Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz rolundan danışıb. Daha sonra kitaba ön söz yazan AMEA-nın müxbir üzvü, professsor Zemfira Səfərova, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Milli Məclisin mədəniyyət komisiyasının üzvü, professor Nizami Cəfərov, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının professoru Fərhad Bədəlbəyli, BDU-nun Kitabxanaçılıq informasiya fakültəsinin biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov və Qara Qarayevin tələbələri çıxış edərək, Qara Qarayev irsi barədə söhbət açdılar.

Tədbirdə iştirak edən bütün ziyalılar nəşr olunan kitabın çox dəyərli töhfə olduğunundan bəhs etdilər. Sonda bəstəkarın əsərlərindən və haqqında yazılan kitablardan ibarət geniş kitab sərgisinə baxış keçirildi.

Digər xəbərlər