PDF Oxu

Mədəniyyət

  • 14

"Azərbaycanın təbiəti" fotosərgisi

"Azərbaycanın təbiəti" fotosərgisi
Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Alman-Azərbaycan mədəniyyət Birliyi - Kopellhausda "Azərbaycanın təbiəti" adlı fotosərgi açılıb. Sərgi bu il Almaniyanın Azərbaycanda keçiriləcək Mədəniyyət İlinin ilk tədbiridir. Fotoların müəllifi, Şirvan Milli Parkının direktoru Hartmut Müller Azərbaycanın, demək olar ki, hər yerində olmuş gözəl təbiətə biganə qala bilməyərək bu əsərləri yaradıb. Fotoqrafçılıq, əslində, onun hobbisidir. Müller çəkdiyi rəsmlərdə Azərbaycanın füsunkar təbiətini canlandırıb. Sərgidə 20-dək irihəcmli foto yer alıb ki, hər bir stenddə də çəkilən yer barədə alman və Azərbaycan dilində izahat verilib. Bu izahatlarda palçıq vulkanlarının önəmi də xüsusi vurğulanıb. Fotolar Şirvan mili parkının zəngin heyvanat aləmini də əhatə edib. Eyni zamanda, qeydlərdə nəsli tükənməkdə olan flora və fauna növlərinin sayında son vaxtlarda artımın olduğu qeyd edilib. Bundan əlavə Hartmut Müller 2 il ərzində direktoru olduğu Şirvan milli parkını hərtərəfli canlandıran ingilis dilində kitab da hazırlayıb. Qeyd edək ki, sərgi fevralın 12-dək davam edəcək.

Digər xəbərlər