Azərbaycan xalıları pasportlaşdırılır
Azərbaycan xalçalarını tanıtmaq məqsədilə yeni indeksifkasiya sistemi qurulub. Dövlət başçısının xalçaçılıq sənətinin qorunması və inkişafı üçün verdiyi sərəncama əsasən qurulan bu sistem Azərbaycan xalçalarının xaricdə tanıdılmasına imkan verəcək. AMEA-nın Kibernetika İnstitutunun intellektual laboratoriyası ilə birgə Dövlət Xalça Muzeyinin hazırladığı Azərbaycan xalçalarının məlumat toplusu 3 sistem əsasında qurulub. Bu açıqlamanı Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnistutunun laboratoriya müdiri Gülçin Abdullayeva verib. İlk iki sistem vasitəsilə xalçaların tarixi və hansı mənbəyə məxsusluğu müəyyən ediləcək. 3-cü sistem isə qiymətləndirmədir. Bununla da, xalıların dəyəri hesablandıqdan sonra, kodlaşdırılaraq məlumat bankına daxil ediləcək.
Sənədləşdirilən xalçalar, əsasən, XVIII, XIX, XX əsrlərə aiddir. Sistem vasitəsilə ilk dəfə 160 xalı pasportlaşdırılıb. Ümumilikdə isə, artıq 200-ə yaxın Azərbaycan xalçası barədə məlumat bazası dövlət reyestrinə daxil edilmək üçün hazırlanıb.