Bakıda beynəlxalq muğam festivalı keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat verib. Festival 17-27 mart tarixlərində baş tutacaq və Bakı şəhərinin 2009-cu il islam mədəniyyətinin paytaxtı elan edilməsi münasibətilə nəzərdə tutulan tədbirlər çərçivəsində qeyd olunacaq.