PDF Oxu

Mədəniyyət

  • 7

"Gənclər zamanın nəbzidir" adlı dəyirmi masa keçirilib

"Gənclər zamanın nəbzidir" adlı dəyirmi masa keçirilib
Gəncə şəhəri Mərkəzi Kitabxanasında "Gənclər zamanın nəbzidir" başlığı altında dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə şəhər icra hakimiyyətinin nümayəndəsi E. Veyisov, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin inspektoru B.Muradov, Gənc Vətənpərvərlər Birliyinin regional nümayəndəsi Elçin Axundov, ağırlıq qaldırılması üzrə dünya çempionu S.Əliyev, Gəncə media mərkəzinin nümayəndəsi S.Ramazan, QHT-lərin nümayəndələri, "ÇAĞ" - türk liseyinin nümayəndələri, institut tələbələri, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Gəncə şəhər MKS-nin direktoru E.Əliyeva açıb. O, gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində fəallığının artdığını, bu illər ərzində gənclərin problemlərinin aradan qaldırılması istiqamətində dövlət tərəfindən xeyli işlər həyata keçirildiyini qeyd edib.
Debat şəklində keçən tədbirdə "Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın gənclər siyasəti", "Azərbaycan Gəncləri bu gün", "Müasir Azərbaycan gəncləri - Gəncə gənclərinin nailiyyətləri və perspektivləri", "Yeniyetmə gənclər vətənin aydın sabahı, qüdrətli gələcəyidir", "Gənclərdə vətənpərvərlik hisslərinin formalaşması", "Gənclərdə klassik musiqiyə maraq", "Gənclər təhlükəsiz dünya arzulayır" məruzələri ilə çıxış etmişlər. Bu mövzular üzrə müzakirələr aparılıb. Tədbirin sonunda kitabxananın oxucularına kitabxana tərəfindən Gülağa Tənhanın şeirlər kitabı hədiyyə olunub.
Tədbirin sonunda iştirakçılar mövzuya həsr olunmuş kitab sərgisi ilə yaxından tanış olublar.

Digər xəbərlər