"Tiflis, Voronsovskaya, 53, 55" kitabı işıq üzü görüb
Akademik Çingiz Qacarın Azərbaycanın Mədəniyyət Dostları Fondunun köməkliyi ilə "OKA OFSET" nəşriyyatı tərəfindən çap olunan"Tiflis, Voronsovskaya, 53, 55" kitabı işıq üzü görüb. Kitab müəllifin nənəsi Sitarə Bəyim İsmayılovanın xatirəsinə həsr olunub. Kitabda istifadə olunan materiallar alimin ailə arxivindən götürülüb. Burada iki ailənin - Azərbaycan filosofu və dramaturqu Mirzə Fətəli Axundovun və Şamaxı taciri Ağa Ələsgər İsmayılovun dostluq və qohumluq əlaqələrindən danışılır.
Qeyd edim ki, kitabın rəyçisi Şəmistan Nəzirlidir.