Azərbaycan haqqında illüstrasiyalı kitabça nəşr olunub
Almaniyada Azərbaycan haqqında illüstrasiyalı "Məlumat-təqvim" kitabçası nəşr edilib. Alman dilində tərtib olunmuş kitabçada Azərbaycanın dövlət quruluşu, siyasi-iqtisadi inkişafı, xarici siyasəti, tarixi, mədəniyyəti, dili, Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmçinin, Azərbaycan-Almaniya münasibətlərinə və digər sahələrə dair məlumatlar öz əksini tapıb. Məlumat kitabçası özündə 2009-cu il üçün Azərbaycan, alman və ingilisdilli təqvimi də ehtiva edir.
Kitabça səfirlik tərəfindən Almaniya Bundestaqının üzvlərinə, Federal Kansler Aparatına, Xarici İşlər Nazirliyinə və digər dövlət orqanlarına, həmçinin, ölkənin iqtisadi və ictimai-mədəni dairələrinə göndərilib.