PDF Oxu

Mədəniyyət

  • 5

"Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından növbəti tədbir

"Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından növbəti tədbir
Fevral ayının 5-də dünya şöhrətli bəstəkar, görkəmli alim-pedaqoq, akademik Qara Qarayevin anadan olduğu gün M.F.Axundov adına Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Qara Qarayev: Biblioqrafiya" kitabının və bəstəkarın "Yeddi gözəl", "Leyli və Məcnun" və "Don Kixot" əsərlərindən ibarət CD variantının təqdimat mərasimi keçiriləcəkdir. Kitabxanadan "Səs" qəzetinə verilən məlumata əsasən, vəsaitdə bəstəkarın not əsərləri, əlyazmaları, səsyazmaları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapmışdır. Burada əsasən Azərbaycan, rus və xarici dillərdə dərc olunmuş əsərlər, habelə, onun haqqında materiallar əhatə olunmuşdur.
Tədbirdə Bəstəkarlar İttifaqının, AMEA-nın, Bakı Musiqi Akademiyasının və Turizm Nazirliyinin mütəxəssisləri, Qara Qarayevin tələbələri iştirak edəcəklər.

Digər xəbərlər