PDF Oxu

Mədəniyyət

  • 13

II “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə start verildi

II “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinə start verildi
Ötən ildən keçirilməsinə başlanan "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsi yeni istedadların, uğurlu bədii mətnlərin üzə çıxarılması, təbliği və dəyərləndirilməsi, qiymətləndirilməsi məqsədilə yaradılıb. Azərbaycan Yazıçılar Birliyindən verilən məlumata istinadən, müsabiqənin təsisçiləri Lit.az və Kultaz.com saytlarıdır.Müsabiqə hər il fevralın 2-də - Gənclər Günündə başlanır və may ayının 28-də-Respublika Günündə qaliblərin rəsmən elan olunması ilə yekunlaşır.

"Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinə qatıldığı nominasiya üzrə kitabı dərc olunmayan gənc müəlliflər, yeni imzalar qatıla bilər. Müsabiqə həm şeir, həm də hekayə nominasiyaları üzrə keçirilir. Bir müəllif yalnız bir nominasiyada çıxış edə bilər. Hər bir müəllif müsabiqədə maksimum üç şeir və ya üç hekayə ilə iştirak edə bilər. Müsabiqə iki turdan ibarətdir:

Birinci tur. Hər il martın 15-də I seçim turu yekunlaşır. Mətnlərin son göndərilmə tarixi isə bundan bir gün qabaq- martın 14-də başa çatır.

İkinci tur. II tura 5 nəfər peşəkardan ibarət münsiflər heyətinin seçdiyi ən dəyərli mətnlər adlayır. Onların arasından isə I, II və III yerlərə layiq görülənlər seçilir. Qaliblərin adları hər il may ayının 28-də elan edilir. Müsabiqədə maksimum obyektivliyi təmin etmək üçün hər il dəyişən münsiflərin adları sonadək gizli saxlanılır və yalnız mükafatlandırma mərasimi zamanı açıqlanır. Həmçinin, dəyərləndirmə zamanı münsiflər hansı mətnin kimə aid olduğunu bilmir.

Digər xəbərlər