“Jurnalistlər üçün informasiya texnologiyaları” kitabı nəşr olunub
İnternet-jurnalistikanın inkişafına kömək məqsədilə yazılmış kitabda müasir dövrdə informasiya münasibətlərinin qurulmasında, informasiya istehsalı prosesində informasiya texnologiyalarından səmərəli və effektiv istifadə üsullarına geniş yer verilib.
Kitabda veb-jurnalistlərin istifadəsi üçün gərəkli texnoloji alətlər, İnternet və elektron poçt proqramları, messencerlər, bloqların yaradılması və sosial şəbəkələrdən istifadə qaydaları, mobil İnternet texnologiyalarından səmərəli istifadə üsulları haqqında faydalı bilgilər verilib.
Kitab jurnalistlər, öz fəaliyyətləri haqqında effektiv yollarla məlumat yaymaq və əlaqələr qurmaq istəyənlər, informasiya sahəsində çalışanlar üçün nəzərdə tutulub.
Kitabın müəllifi Osman Gündüz, elmi redaktoru AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Rasim Əliquliyedir.