“Xüsusi pedaqogika kursu üzrə müntəxəbat” kitabı işıq üzü görüb
Bakı Musiqi Akademiyasının professoru Sevda İbrahimovanın bu yaxınlarda " Xüsusi pedaqogika kursu üzrə müntəxəbat" adlı kitabı çapdan çıxmışdır. Yeni nəşr ali və orta ixtisas musiqi məktəblərində tədrisi prosesində və istifadə olunmaq üçün nəzərdə tutulub. Müntəxəbata Sevda xanımın müxtəlif janrlarda yazdığı etüdlər, sonatinalar, polifanik pyeslər, eləcə də, xalq mahnılarından işləmələr daxil edilib. Sevda xanımın sözlərinə görə, kitab muğam sədaları üzərində yazılmışdır. Orta musiqi repertuarı üçün bu kitabın əhəmiyyətli olduğunu bildirən müəllif, artıq müəllifi olduğu əsərin istifadəyə verildiyini söylədi.