Bu sevgi qəlbimə haqdan gəlibdir
Dünya Yazarlar Birliyinin təşkilatçılığı ilə AYB-nin üzvü, qələm dostumuz, şairə Azadə Talehə Abbas qızının "Adiloğlu" nəşriyyatı tərəfindən yenidən çapdan çıxmış " Bu sevgi qəlbimə haqdan gəlibdi " kitabının təqdimat mərasimi keçirilib. Kitabda şairə lirik - poetik qəlbinin ali hisslərini qələmə almışdır.
Təqdimat mərasimində AYB-in sədri Rəşad Bəydəmirli şairəni "Həzrət Əli" diplomu ilə mükafatlandırıb.
Tədbirdə ədəbi tənqidçi, Əsəd Cahangir, şairlərdən Qəşəm Nəcəfzadə, Səadət Buta, Südabə Sərvi, Nailə Yusif qızı, yazarlardan Aləmzar Sadiq qızı, Telman Dəmir, Sənan Səbail və b. çıxış edərək, Azadə Talehə yaradıcılığında uğurlar arzulayıblar.
Tədbirin sonunda Aşıq Aidə, Gülzar şairənin sözlərinə bəstələnmiş mahnıları sazda ifa etmişdir.