PDF Oxu

Mədəniyyət

  • 7

"Zirvə" mükafatı təsis edilib

"Zirvə" mükafatı təsis edilib
Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində ənənəvi "Zirvə" mükafatını təsis etmişdir. "Zirvə" mükafatı 2008-cı ildə teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Bu mükafata müxtəlif sənət növləri üzrə yaradılmış əsərlər təqdim oluna bilər. Belə ki, teatr sənəti, musiqi, kinematoqrafiya, memarlıq, heykəltəraşlıq, boyakarlıq, qrafika sahəsində, habelə xəttatlıq, dekorativ və milli tətbiqi sənət növləri, milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair genişplanlı proqramlar və layihələr və s. mükafata layiq görüləcək. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur. Mükafat hər biri 5000 man həcmində aşağıdakı sahələr üzrə verilir: teatr sahəsi üzrə - dramaturq, quruluşçu rəssam, rejissor, aktyor, aktrisa, teatrşünas, bəstəkar; musiqi sahəsi üzrə- bəstəkar, ifaçı, musiqişünas; təsviri sənət üzrə- rəssam, heykəltaraş, dekorativ sənət, sənətşünas; kino sahəsi üzrə- ssenari müəllifi, rejissor, operator, aktyor, aktrisa.

Mükafatlar mart ayında mədəniyyət və turizm nazirinin əmrinə əsasən Mükafat Komissiyasının təqdimatı ilə veriləcəkdir. Mükafata təqdimatlar fevral ayının 15-dək teatr-tamaşa, konsert, elmi-tədqiqat müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən göndərilməlidir.

Digər xəbərlər