Nəriman Nərimanovun Tbilisi şəhərindəki Ev-Muzeyinin binası yenidən qurulacaq
Mədəniyyət və Turizm Nazirliyində Nəriman Nərimanovun Tbilisi şəhərindəki Ev-Muzeyinin binasının yenidən qurulması ilə bağlı dövlətlərarası ikitərəfli müqavilə sənədi imzalanmışdır.
İmzalanma mərasimində Gürcüstan tərəfindən dövlət nazirinin müavini Tamar Qamilaqdişvili, Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri Nikoloz Natbiladze, Azərbaycan tərəfindən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Muzey işi sektorunun müdiri Azadə Hüseynova iştirak etmişlər.
Müqavilə Gürcüstan tərəfindən mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Nikoloz Rurua, Tbilisi şəhərinin Meri Qiqi Uqulava və "Apollo Q.S." şirkətinin direktoru Şota Yevgenidze Azərbaycan tərəfindən isə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən imzalanmışdır.